Türkiyənin paytaxtı Ankara şəhərində musiqiçi Onur Şener qətlə yetirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Onurun müştərilərin istədiyi mahnını bilməməsi olub.
Nəticədə 3 nəfər ona hücüm çəkərək, ağır yaralayıb.
Şener təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Baş verən qətl hadisəsi ilə bağlı hüquq mühafizə orqanları araşdırmalarını davam etdirir.
Rəşad Əliyev, Bizim.Media