Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənovun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, Bakıda olan bloger "Qız Qalası"na qalxdığı zaman ehtiyatsızlıqdan başı əzilib.
Belə ki, qalanın üst mərtəbəsinə pilləkanlarla çıxan Hüseyn başı yuxarıya qalxanda daşa dəyib.
Həmin anları isə Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, sosial media istifadəçiləri Hüseyn Həsənovun Rusiyanı tərk edərək Bakıya gəlməsini Rusiyada səfərbərliyin elan olunması ilə əlaqələndiriblər.
Bloger isə daha əvvəl açıqlamasında bu xəbərlərin əsassız olduğunu dilə gətirib. O sosial şəbəkə hesabında bildirib ki, atasının səhhəti ilə bağlı Bakıya gəlib.
Rəşad Əliyev, Bizim.Media