Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 9-da Rusiyaya rəsmi səfər edəcək.
Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti bildirib.
Məlumata görə, Alen Simonyan Moskvaya Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodinin dəvətilə gedəcək.
Üç gün davam edəcək səfər çərçivəsində V.Volodin və Simonyan iki ölkənin parlamentləri arasında əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.
Bizim.Media