Prezident İlham Əliyev Çin liderinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Sədr,

1 oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Son 73 ildə Çin Xalq Respublikası həyatın bütün sahələrində, istər iqtisadi, sosial, elmi-texniki, istərsə də beynəlxalq müstəvidə heyrətamiz nailiyyətlər əldə edərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Biz bu gün güclü iqtisadiyyata malik, beynəlxalq aləmdə fəal rolu və mövqeyi ilə fərqlənən ölkənizin Sizin liderliyiniz altında böyük uğurlara imza atmasının şahidi oluruq. Dost ölkə olaraq Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir.

Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, diplomatik münasibətlərimizin qurulduğu otuz ildə ölkələrimiz arasında dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləmişdir.

Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq.

İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik.

Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir.

Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN

"Malakan bağı"nda YANĞIN

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Qızıl və gümüşün SON QİYMƏTİ

Qızıl və gümüşün SON QİYMƏTİ

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

End of content

No more pages to load

RADİO