Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.
“Ukrayna faktiki olaraq NATO-nun üzvü hesab edilir. Bu gün Ukrayna bunu deyure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş qaydafa üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”,-deyə Zelenski qeyd edib.
Bizim.Media