Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhumla vidalaşmaq üçün həmkarı Zamiq Hüseynov da sənətçinin evinə gəlib.
Z.Hüseynov Bizim.Media-ya açıqlamasında son vaxtlar ifaçının çox dəyişdiyini söyləyib.
"2006-cı il ildə bu evə gəlmişdim. İndi cansız bədəni uzanıb. Allah Rəhimə rəhmət eləsin. Gördüyünüz bax bu pianinonu açıb o, bir neçə musiqi səsləndirdi. "Mən artıq öyrəşmişəm yalanlarına" mahnısını oxudum. Danışmaq mənim üçün çox çətindir..."
R.Rəhimli ilə vidalaşmağa gələn müğənni Zamiq Hüseynov daha sonra bunları deyib:
"Sonuncu dəfə görəndə onu tanımadım. Çox dəyişmişdi, özünə baxmırdı. Özü də çaşqınlığımı hiss edib pis oldu. Çox dəyişmişdi, görüşmək istəmirdi, yuxusuz idi. Amma biz görüşüb, söhbətləşdik".
Rəşad Əliyev, Bizim.Media