Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər KTMT missiyasının işi və regiondakı mövcud vəziyyəti müzakirə edib.
Qeyd edək ki, bu, KTMT Baş katibinin sentyabrda Ermənistana ikinci səfəridir. O, birinci səfər zamanı Paşinyanla görüşə bilməmişdi.
Bizim.Media