"Nikol Paşinyan 44 günlük müharibədə uduzdu və həm də ölkəmizin məğlubiyyətinə səbəb oldu”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq prezident Robert Köçəryan dünən keçirdiyi mətbuat konfransında səsləndirib.
“Onun şübhəli və savadsız addımlarının birləşməsi nəticəsində faciəvi nəticə əldə etdik. Nikol yenidən bütün günahı başqalarının üzərinə atdı. Deyilənlərə görə o, günahkar deyil, günahkar generallar, əsgərlər, sabiq prezidentlər və Putindir. İndi də “Mən nə edə bilərdim?” deyir və öz səhvlərini təkrar edir”, deyə o, qeyd edib.
Bizim.Media