Ermənistanda müntəzəm hərbi təlimlər keçiriləcək.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbir müdafiə qurumunun təklifi və hökumətin qərarı əsasında keçirilir.
Təlim-məşq toplanışına birləşmiş silah və raket-artilleriya ixtisasları üzrə ehtiyatda olan hərbçilər cəlb olunacaq. Təlimlər noyabrın 22-dək davam edəcək.
Bizim.Media