Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının noyabrın 6-da keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Praqaya yola düşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Past” qəzetində yer alıb.
Mənbə yazır ki, o, tədbirə Azərbaycanla bağlanacaq sülh müqaviləsinin mətni layihəsi ilə qatılacaq.
Nəşrin mənbələri bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sentyabrın 27-də Ağ Evdə keçirilən görüşündə sülh mətninin ilkin variantları müzakirə olunub.
Məlumata görə, Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar.
Bizim.Media