İstanbul boğazı müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Bizim.Media “İhlas”a istinadən xəbər verir ki, buna səbəb İstanbulun Üsküdar rayonu sahillərində Panama bayraqlı “Viva Eclipse” quru yük gəmisində baş verən texniki problem olub.
Bildirilib ki, Rusiyaya hərəkət edən və nasazlıq səbəbindən Üsküdarda lövbər salan gəmi xilasetmə işlərinin ardından Sahil Təhlükəsizliyi Ümumi Müdirliyi tərəfindən Ahırkapıya aparılıb.
Bizim.Media