Azərbaycan türk dövlətlərinə 21,3 milyard dollar investisiya qoyub – RƏSMİ

Hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri ilə ticarət dövriyyəsi 4,6 milyard ABŞ dollarını ötüb, bu ölkələrin Azərbaycan iqtisadiyyatına 13,8 milyard ABŞ dolları, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard ABŞ dolları investisiya qoyub.

Bizim.Media Energetika nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən TDT-nın enerji nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib.

Nazir TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib.

Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.

Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib.

Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib.

Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb.

“TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır”, - P. Şahbazov bildirib.

Vurğulanıb ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Amazon milyardlıq data mərkəzi qurur

Amazon milyardlıq data mərkəzi qurur

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır - Abbas Əraqçi

SABAHIN HAVASI: Qar yağacaq

SABAHIN HAVASI: Qar yağacaq

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN - VİDEO

"Malakan bağı"nda YANĞIN - VİDEO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

End of content

No more pages to load

RADİO