İranın vitse-prezidenti Kübra Xəzəlinin gəlini və oğlunun Kaliforniya ştatının San Xose şəhərindəki 3,5 milyon dollarlıq villası üzə çıxıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, villanın fotoları sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, bir neçə gün öncə “Əxlaq” polisi tərəfindən qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Nümayişlərdə 80-ə yaxın insan hökumət qüvvələri tərəfindən öldürülüb.
Bizim.Media