Elm və Təhsil Nazirliyinin (ETN) Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məktəblərin yüksəksürətli internetə çıxışı, o cümlədən pandemiya dövründə şagirdlərin distant təhsilə cəlb olunması üçün təhsil müəssisələrinin fiber optik kabellə internetə qoşulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalının məlumatında bildirilib.
Məlumata görə, tenderin qalibi “BTH” MMC-dir. Qalib şirkətə 3,994 milyon manat ödəniləcək.
Bizim.Media