“Qarabağ Azərbaycandır! Bu sözləri sizin sayənizdə deyirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.
Sənətkar 27 Sentyabr “Anım günü” ilə bağlı paylaşımına bu sözləri əlavə edib:
“Hər birinizə borcluyam: nəfəsimi, sevincimi, kədərimi, göz yaşımı borcluyam. Varliğımı borcluyam. Hər qarış torpağımızdan canından canı qurban verən analar... Səcdə etdiyim o torpağı qanları ilə yoğurub Vətən edən ən şərəfli şəhidlər... Haqqınızı hallal edin, bu millətə. Sizlərlə eyni torpağı əynimə geyinmək mənə ən şərəfli gün olacaq”.
Rəşad Əliyev, Bizim.Media