Ceyhun Bayramov Ermənistanın təxribatlarından DANIŞDI - FOTO

27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, anım tədbirdə Nazirliyin rəhbər heyəti, Vətən müharibəsi iştirakçısı, Şəhid ailələri və diplomatiya könüllüləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatının səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş video çarx nümayiş olunub.
Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2 il bundan öncə 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavab tədbirlərinə əl atdığını və bu əməliyyatın 44 gün davam edən Vətən müharibəsinin başlanğıcının qoyduğunu qeyd edib. 

Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun həm beynəlxalq hüququ, həm də tarixi ədaləti təmin etdiyi bildirilib. 

Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərinin bu ərazilərdən onilliklər öncə zorla didərgin salınmış məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə evlərinə geri dönməsinə xidmət etdiyini söyləyən nazir Ceyhun Bayramov, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtdığını diqqətə çatdırıb. 

Post-münaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfinin buna qarşılıq vermədiyi, bu ölkənin mütəmadi təxribatlara əl atdığı bildirilib. Bu xüsusda, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatının normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirdiyi vurğulanıb. 

Nazir Ceyhun Bayramov tədbirdə iştirak edən Şəhidlərimizin övladlarına üzünü tutaraq, bütün Azərbaycanın onların ataları ilə, bütün Şəhidlərimizlə fəxr etdiyini söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edib.

Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, Raket və Artilleriya Qoşunlarının qərargah rəisi, polkovnik Gülməmməd Rzayev çıxış edib.

O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. 

Şanlı Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışan Gülməmməd Rzayev, bundan sonra da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid yaranarsa, Azərbaycan Ordusunun bu təhdidlərin qarşısının alınması, Vətənimizin müdafiəsi üçün qətiyyətli tədbirlər görəcəyini söyləyib.
Tədbirdən sonra saat 12:00-da Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

İsrail İranla bağlı tələblərini açıqladı

İsrail İranla bağlı tələblərini açıqladı

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Zərdab rayonunun tanınmış həkimi vəfat etdi - FOTO

Zərdab rayonunun tanınmış həkimi vəfat etdi - FOTO

Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?

Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Beynin qocalması hansı yaşdan başlayır?

Beynin qocalması hansı yaşdan başlayır?

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu küçələrində sıxlıq var - SİYAHI

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu küçələrində sıxlıq var - SİYAHI

Vensin Bakıya səfəri: Gözləntilər və hesablamalar

Vensin Bakıya səfəri: Gözləntilər və hesablamalar

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

End of content

No more pages to load

RADİO