Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfried ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin rəsmi “Twitter“ hesabında məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Bizim.Media

