Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı ilin sonuna qədər Rusiyaya səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Duma TV”də yerləşdirilib.
Mənbə yazır ki, dəvəti Azərbaycanda rəsmi səfərdə olan Vyaçeslav Volodin Sahibə Qafarova ilə görüşdə səsləndirib.
O, həmçinin bu səfər zamanı Dövlət Duması ilə Milli Məclis arasında qarşılıqlı fəaliyyət haqqında sazişin imzalanmasını təklif edib.
Bizim.Media