Azərbaycan bu il Ermənistanda keçirilməsi nəzərdə tutulan “Uşaq Avroviziya” beynəlxalq mahnı yarışmasında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu haqda müsabiqənin rəsmi saytında məlumat verilib.
Belə ki, müsabiqədə iştirak edəcək yekun 16 ölkənin adı qeyd olunub.
Həmin ölkələr sırasında isə Azərbaycanla yanaşı Rusiya, Bolqarıstan və Almaniya bu il sözügedən yarışmaya qatılmaqdan imtina edib.
Qeyd edək ki, ötən il Azərbaycanı “Uşaq Avroviziya”da Sona Əzizova təmsil edib. O, yarışmada 151 xall toplayaraq 5-ci yerə çıxıb.
Rəşad Əliyev, Bizim.Media