İran hökuməti etiraza qalxan narazı xalqı təhdid edib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, sentyabrın 26-da eitrazlara münasibət bildirən İran Xarici İşlər Nazirliyi ölkənin etirazlarla mübarizə üçün "silahlı repressiyaya" əl atacağı ilə bağlı hədə-qorxu dolu video yayımlayıb.
Qeyd edək ki, bundan öncə İranın Ədliyyə-Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Möhsüni Ejei məsələyə münasibət bildirmişdi.
O, sentyabrın 22-də İranda davam edən kütləvi etirazları “narahatlıq və xaos” adlandırmış, ölkənin baş prokuroru və hakimlərindən etirazçılarla qarşı qəti tədbir görməyi tələb etmişdi.
Bizim.Media