Tehranda keçirilən növbəti etiraz nümayişlərində hökumət qüvvələri ilə etirazçılar arasında iğtişaşlar baş verib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, nümayişçilər “Yaşasın İran, ölüm olsun Xameneiyə!” şüarı səsləndiriblər.
Qeyd edək ki, bir neçə gün öncə Məhsa Əmini adlı 22 yaşlı qız “Əxlaq” polisi tərəfindən qətlə yetirilib. Bu səbəblə ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Bizim.Media