Azərbaycan və Ermənistan sərhədində son eskalasiya zamanı itkin düşən erməni hərbçilərin valideynləri İrəvan şəhərində Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Valideynlərdən birinin dediyi kimi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi onlarla görüşüb və hazırda axtarış işlərinin aparıldığını bildirib.
Onun sözlərinə görə, sentyabrın 15-dən oğlundan xəbər yoxdur:
“Komandiri ilə də əlaqə yarada bilmirəm”.
Bizim.Media