"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
“Ümidimiz hələ də var. Məqsədimiz liderləri bir araya gətirməkdir. Rusiya ilə Ukrayna arasında sülh iki liderin bir araya gəlməsi ilə əldə oluna bilər. Cənab Putin cənab Ərdoğanla telefon danışığında hər dəfə Zelenski ilə görüşmək istədiyini, müzakirələrə hazır olduğunu bildirir. Eyni zamanda Ukrayna lideri də müzakirələrə açıq olduğunu deyir”, - o vurğulayıb.
Bizim.Media