Tofiq Zülfüqarov: “Bizim də İrana deyiləsi çox sözümüz var”

Son zamanlar İranın bəzi yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə sərsəm fikirlər səslənməkdə davam edir. 
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İrana tutarlı cavab verilib. Amma görünən odur ki, Tehran Zəngəzur dəhlizi məsələsində “cin bsimillahdan qorxan kimi” qorxur.

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Zəngəzur dəhlizinin İrana aydiyyatı yoxdur. Tehranın bu mövzu ətrafında canfəşanlıq etməsi yersiz və məntiqsizdir:

“Zəngəzur dəhlizi Ermənistan ərazisinə aiddir. Onun İrana heç bir aydiyyatı yoxdur. Ərazi İranın səlahiyyətinə verilməyib ki, onlar bu məsələdə belə canfəşanlıq göstərsinlər. Digər tərəfdən, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bu fonda təhlükəsizlik üçün hər bir addım atmağa ixtiyarımız var. Ermənistan Zəngəzur dəhlizilə bağlı öhdəliklər götürüb. Tehran gərəkdir ki, buna da fikir versin. Götürülən öhdəliklərə əməl edilməlidir. Bu mənada da Tehranın Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi yersiz və məntiqsizdir. Vaxtilə İranla Azərbaycan arasında sərhədin mühüm bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu. Bəs, onda Tehran niyə məsələyə indi olduğu kimi reaksiya vermirdi?” 

Diplomat bildirir ki, İran diskussiya açmaq istəyirsə, Azərbaycan da bu ölkə daxilində başlayan iğtişaşlara münasibət bildirə bilər: 

“Tehran fikir mübadiləsi açsın, biz də hazırıq. Daxildəki iğtişaşlar və nüvə proqramına aid fikir mübadiləsi apara bilərik. Bizim də deyiləsi sözümüz çoxdur”. 

Həmsöhbətimiz vurğuladı ki, Zəngəzur dəhlizi əksinə, İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə rəvac verəcək:

“Bundan isə həm də sanksiyalar altında olan İran udacaq. Belə olan halda, İranda bəzilərinin həmin dəhlizin açılmasından əndişələnməsi başa düşülən deyil”. 

T. Zülfüqarovun fikrincə, İranda bu mövzunu qızışdıranlar əslində qaçaqmalçılıq yolu ilə alınan gəlirlərini itirmək istəməyən qüvvələrdir:

“Onların əli ilə Ermənistan ərazisindən keçməklə həm narkotika, həm də sanksiyalardan kənar neft məhsulları ixrac olunur. İrandakı bəzi dairələrin problemi yaratmaqda əsas məqsədləri də məhz həmin qaçaqmalçılıq ticarətini itirmək təhlükəsidir”. 

Ekspert deyir ki, Ermənistan-Azərbaycan münasibətləri, iki ölkənin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir:

“Bu prosesə İran da daxil kənar qüvvələrin əl uzatması yolverilməzdir. Başqa bir tərəfdən, Azərbaycan İranla sərhədə də həmişə dostluq, əməkdaşlıq sərhədi kim baxıb və gələcəkdə də bu belə olacaq. Belə bir vəziyyət İranın da maraqlarına cavab verir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

İsrail İranla bağlı tələblərini açıqladı

İsrail İranla bağlı tələblərini açıqladı

End of content

No more pages to load

RADİO