2023-cü il üçün Dövlət Büdcəsinin əsas hissəsi ölkəmizin müdafiəsinə xərclənəcək – AÇIQLAMA

Ən başlıca sahə müdafiə sahəsidir Gələn ilin Dövlət Büdcəsinin 17 faizi müdafiə xərcləri olacaq. Maliyyə Nazirliyi 2023-cü il üçün ölkənin dövlət büdcəsi üzrə proqnozunu açıqlayıb 

Gələn il üçün nəzərdə tutulan büdcədə Azərbaycanın gəlirləri 30,7 milyard manat, xərcləri isə 33,3 milyard manat səviyyəsində gözlənilir. Dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsi (5,3 milyard manat) müdafiə və dövlət təhlükəsizliyinə yönəldiləcək. Bu istiqamətdə xərclər 200 milyon manatdan çox artırılacaq.

Həmçinin təhsil və sosial təminat sahələrinə 4,4 milyard manat xərclənəcək.

Bundan başqa, gələn ilin dövlət büdcəsinin əsas xərcləri sırasında işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması, çoxlu sayda qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi kimi maddələr də sadalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir: "Gələn il sosialyönlü xərclər 9,2 % çox olacaq"


Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edir ki, növbəti ilin dövlət büdcəsində də ən prioritet sahə müdafiə sahəsidir:

“2023-cü ilin dövlət büdcəsilə bağlı Nazirlər Kabinetində müzakirələr aparılıb. Gələn ilin büdcəsində bir necə istiqamət prioritet sahə olaraq götürülüb. Ən başlıca sahə müdafiə sahəsidir. Son zamanlar Ermənistan sərhəddə ciddi problemlər yaradır. Ona görə də müdafiə sahəsi prioritet sahə kimi öndədir. İkinci prioritet sahə isə təhlükəsizlik məsələsidir. Dövlətin təhlükəsizliyinin təmini prioritet sahələrdəndir. Sosial sahəyə də kifayət qədər ciddi vəsaitlərin ayrılması gözlənilir. İnflyasiya. Qiymət artımının qarşısını almaq üçün aztəminatlı ailələr, işsizlər, şəhid ailələri, qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlarla bağlı problemlərin yaşanmaması üçün əlavə vəsaitlər nəzərdə tutulur. Kənd təsərrüfatı sahəsi dəprioritet sektorlardan olmalıdır. Ölkənin ərzaq təhlükəsizliyinin təmini baxımından bu sahəyə də kifayət qədər vəsaitlər ayrılacaq.

İşğaldan azad olunmuş ərazilərdə 50 min hektardan yuxarı ərazidə buğda və taxıl əkilib. Azərbaycanın ehtiyatı 56 milyard dollara yaxındır. Neftin qiyməti 90-100 dollar arasında olarsa, büdcəyə əlavə vəsait daxil olacaq”. 


Deputat Fazil Mustafa düşünür ki, gələn ilin büdcəsində prioritet olaraq əsasən təhsil, səhiyyə və müdafiə xərcləri önə çıxmalıdır:

“Müharibə risqi altında olduğumuzu nəzərə alaraq, müdafiə xərclərini azalda bilmərik. Ona görə də ilk növbədə məhz müdafiə istiqamətini düşünməliyik. Həmçinin, təhsil, səhiyyə və sosial müavinətə ayrılan vəsaitlər də artırılmalıdır. Çünki əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. İnflyasiya da yüksək səviyyədədir. Habelə məşğulluğun təşviqi, sahibkarlığın stimullaşdırılması istiqamətində də addımlar atılmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO