İrandan Azərbaycana NÖVBƏTİ HƏDƏ – Dözməyib nə edəcəklər?

Son həftələrdə İran rəsmilərinin Azərbaycana yönələn təhdid xarakterli mesajlarını görməyə artıq adət etmişik. Xüsusilə də, sentyabrın 12-14-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşmaların ardından Tehran rəsmilərinin canfəşanlığı daha da artıb.

Ölkəmizə qarşı son təhdidin müəllifi isə İran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri olub. İranlı general hərbi parad zamanı bunları deyib:

“Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük. Biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”.

Dözməyib nə edəcəklər?
 

MÖVZU İLƏ BAĞLI:

"Region ölkələrinin sərhədlərində dəyişikliklərə dözməyəcəyik" - İrandan TƏHDİD 


İran rəsmilərinin təhidləri nə qədər mütəmadi hal alsa da, mesajların xarakterində dəyişiklik göz çarpır. Xatırlayırsınızsa, ötən ilin təqribən elə bu dövrlərdində də İran-Azərbaycan münasibətlərində gərginlik ab-havası hiss olunurdu. O zaman Azərbaycan öz ərazisindən keçən Gorus-Qafan yoluna nəzarət postları quranda da, Tehran başbilənləri cin atına minmişdi. Hətta sərhədlərimizə qoşun yığıb, təlimlərə də başlamışdı. Bəhanələri də təqribən bu cür idi. Lakin o zaman İran sərhədlərində “sionist”ləri görmək istəmədiyini bildirdi.

Bəs, bütün baş verənlər nə ilə yekunlaşdı? 

Birmənalı şəkildə heç nə ilə. Hər şey əvvəlki qaydada davam etdi. İranın təhdidlərinin nə qədər boş olduğu da sübuta yetirildi. Yalnız, Azərbaycan ictimaiyyəti İranın nə qədər ermənipərəst mövqe tutduğuna bir daha şahidlik etdi.

İndi də İran rəsmiləri sərhəd dəyişikliklərinə dözməyəcəklərini deyirlər. Birincisi, bölgədə sərhədlər dəyişmir. Çünki faktiki olaraq delimitasiya aparılmayıb, kimin sərhədinin haradan başlayıb, harda bitdiyi bəlli deyil. Eyni zamanda Azərbaycanın qonşu ölkələrin torpağında da gözü yoxdu.

Belə təssəvvür edək ki, İran bu reallığı qəbul etmək istəmir və Azərbaycan-Ermənistan sərhədində baş verənləri dəyişiklik kimi qəbul edir. Haqlı olaraq sual yaranır: Bölgənin sərhədləri 30 ilə yaxın müddətdə pozulmuş, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. İran rəsmiləri də atəşkəs dönəmindəki açıqlamalarında Azərbaycanın suverenliyini tanıdıqlarını bildirirdilər. Bəs, onda nə üçün sərhədlərin dəyişməsinə indiki kimi reaksiya vermirdilər?

İran deyir ki, sərhədlərin dəyişməsi durumunda proseslərə müdaxilə edəcək. Açıqlamalardan və seçilən ritorikadan görünür ki, mümkün müdaxilə Azərbaycana qarşı ola bilər. 

İran buna cəsarət edə bilərmi?

Təbii ki, xeyr. Bu baş verərsə, çökmüş iqtisadiyyatı, gülüş hədəfinə çevrilən silahları ilə İran bütün dünyanı özünə qarşı qaldıracaq. Çünki Azərbaycan rəsmi olaraq Türkiyənin, dolayısı ilə NATO-nun müttəfiqidir. Eyni zamanda bu ilin fevralında Azərbaycan Rusiya ilə də müttəfiqliyini rəsmiyyətə çevirib.  
 

Digər tərəfdən İranın başı öz daxili problemlərinə qarışıb. Ordusu da hal-hazırda dinc etirazçıları gülləlməklə məşğuldur. Belə olan halda İslam Respublikasına yüksələn alovun üzərinə benzin tökmək heç bir halda fayda gətirməyəcək.


Prezident İlham Əliyevin Laçında bayrağımızı ucaltdıqdan sonra qeyd etdiyi kimi, “Heç bir bəyanat bizi dayandıra bilməz”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO