Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.
"Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün, təxminən, 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib.
Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək", - o qeyd edib.
Bizim.Media