Dollar rekord səviyyədə BAHALAŞDI – Azərbaycan Mərkəzi Bankı hansı addımı atacaq?

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. 

FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur.
Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır.

FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir.

Bəs, Azərbaycanda da dollar bahalaşa bilərmi?

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov sualla bağlı Bizim.Media ilə fikirlərini bölüşüb:

“Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir.
Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.

Millət vəkili onu da əlavə etdi ki, bütün bunlarla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır:

“Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

“Zirə”yə yeni idman direktoru təyin olundu

“Zirə”yə yeni idman direktoru təyin olundu

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Dubayda raket hücumu xəbərdarlığı edildi

Dubayda raket hücumu xəbərdarlığı edildi

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

End of content

No more pages to load

RADİO