Azərbaycandan Avropaya 16 mlrd. kubmetrdən çox qaz tədarük edilib

"Enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulub". 

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov “Gələcəyə körpü” devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfransındakı çıxışında bildirib. 

Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib:

“İki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40% artımla 8,2 milyard kubmetrdən 11,5 mlrd. kubmetrə yüksələcək.
Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki bugünkü rolu Azərbaycan Prezidenti cənab İlham Əliyevin vizyonunun real ifadəsidir”.

Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir:

“Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda - 2027-ci ildə daxil olacaq”.

Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb.

Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

“Zirə”yə yeni idman direktoru təyin olundu

“Zirə”yə yeni idman direktoru təyin olundu

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Dubayda raket hücumu xəbərdarlığı edildi

Dubayda raket hücumu xəbərdarlığı edildi

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

End of content

No more pages to load

RADİO