Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Ermənistanın təxribatları barədə danışdı

Sentyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın vacib olduğunu, ölkəmizin ehtiyacları əsasında işlənib hazırlanmış və ümumi əməkdaşlıq çərçivəsini təşkil edən 2022-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə işlərin davam etdiyini bildirib.
Nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib.

Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı minaların ərazilərimizdə yerləşdirilməsindən bəhs edib.

Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb. Nazir, eyni zamanda Ermənistan xarici işlər naziri ilə sentyabrın 19-da görüş barədə məlumat verib.

Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində Azərbaycana səfərini məmnunluqla xatırlayıb. AŞ ilə Azərbaycan arasında Fəaliyyət Planının tərəflər arasında prioritetləri müəyyənləşdirdiyini və onların icrasının əhəmiyyətini diqqətə çatdırıb.

Bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normallaşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Görüşdə tərəflər, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə müzakirə aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

End of content

No more pages to load

RADİO