Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O qeyd edib ki, A.Blinken və M.Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər.
Dövlət katibi ABŞ-ın Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və məsələnin uzunmüddətli siyasi nizamlanmasına kömək etmək üçün fəaliyyətini davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, görüş Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində baş tutub.
Bizim.Media