Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun Ermənistana səfəri başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə KTMT-nin teleqram kanalında məlumat verilib.
Bildirilib ki, təşkilatın Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov Ermənistanın Müdafiə naziri Suren Papikyanla görüşüb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Sidorov əsas nəticə və təkliflər barədə məlumat verib.
Qeyd edək ki, görüşdən sonra monitorinq qrupu Moskvaya yola düşüb.
Bizim.Media