Tacikistan və Qırğızıstan arasında qoşunların sərhəddən çıxarılmasına dair protokol imzalanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.
Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında “Güliston” sərhəd-keçid məntəqəsində görüş keçirilib. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.
Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.
Bildirilib ki, sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək.
Bizim.Media