“SSRİ xalq artisti, müğənni Alla Puqaçovanın adının xarici agentlər siyahısına əlavə edilməsilə bağlı çağırışı Kremlə aid olan sual deyil”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Mən heç bir şəkildə bu mövzuya şərh verməyəcəyəm. Düşünmürəm ki, bu, Kremlə aid olan sualdır. Buna görə də bu barədə şərh verməyəcəyəm» -deyə Peskov qeyd edib.
Xatırladaq ki, Alla Puqaçova Ədliyyə Nazirliyinə əri, şoumen Maksim Qalkindən sonra onu da xarici agentlərin reyestrinə daxil etmək xahişi ilə müraciət edib.
Bizim.Media