Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.
Fransanın "Nant" klubunu qəbul edən təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb.
İlk turda Almaniyada “Frayburq”a uduzan (1:2) Ağdam klubu qrupda ilk xalını qazanıb.
Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edəcək.
Bizim.Media