Azərbaycanın Əməkdar mədəniyyət işçisi İldırım Kasimov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İ.Kasımov sentyabrın 15-i 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İldırım Əli-Nazir Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Bizim.Media