Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun komandası Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, indiki saata qədər bu oyuna 27 469 bilet satılıb.
Qeyd edək ki, stadionda yerlərin ümumi sayı 31.200-dür. Oyun saat 20:45-də Tofiq Bəhramov adına Respublika sadionunda keciriləcək.
Zakir Abbas, Bizim.Media