"Çox məyusam inanın. Bura gələnə qədər cəbhə xəbərlərini izləyirdim. Bir gündə 50 şəhid vermək çox məyus etdi bizi”.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Nant"la oyundan öncə keçirdiyi mətbuat konfransında bildirib.
“Allah onlara rəhmət eləsin. Orudumuza qüvvət versin. Şəhidlərimizin qanı yerdə qalmadı. Ordumuz ermənilərə layiqli cavabını verdi” – deyə Q.Qurbanov qeyd edib.
Baş məşqçi daha sonra şəhidlərin ailələrinə baş sağlığı verib və onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bizim.Media