Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin ölkəmizdəki səfiri xanım Muriel Peneveyre arasında görüş keçirilib.
KOBİA-dan Bizim.Media-ya bildirilib ki, görüşdə hər iki ölkənin biznes qurumları arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Həmçinin, KOBİA-nın dəstəyi ilə nümayəndə heyətinin Cenevrəyə gözlənilən səfərindən də danışılıb.
Bizim.Media