Gənc və istedadlı aktyor Corc Qafarov müzakirə yaradacaq status paylaşıb.
Bizim.Media xəbər verir ki, aktyor sosial şəbəkə hesabında tezliklə ölkədən gedəcəyini bildirib.
"Bir gün sağ-salamat deyib, çıxıb gedəcəyəm! Çox fikirləşdim. Ata biləcəyim ən doğru addım... Çox az qalıb" - deyə Corc bildirib.
Qeyd edək ki, Corc Qafarovun Jerar adında qardaşı var. Qardaşları illər əvvəl müğənni Roza Zərgərli övladlığa götürmüşdü.
Rəşad Əliyev, Bizim.Media