Türkiyənin pop ulduzu Hadise Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Hadise qaldığı oteldən şəhərə açılan möhtəşəm mənzərənin fotosunu yayımlayıb.
Qeyd edək ki, Hadise bu gün Bakı Konqres Mərkəzdə konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media