Baydenin “yüz günü” qara xəbərlə başladı

Bayden təzə and içmişdi. Respublikaçı konqresmen, Nümayəndələr Palatasının üzvü Teylor Qrin ona impiçment elan etdiyini bəyanladı. 

Konqresmenin arqumenti belədir: “Bayden ABŞ prezidenti vəzifəsini yerinə yetirməyə qadir deyil. O, oğlunun cibini doldurmaq üçün xarici enerji dairələri ilə korrupsiya münasibətlərinə malikdir”.

Ekspertlər yanvarın 21-də yayılan bu informasiyanı 79 yaşlı, xəstə və demokrat Bayden üçün “qara xəbər” kimi qiymətləndirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dakı etirazlar - ölkə parçalana bilərmi?


C.Baydenin komandası isə artıq “yüz gün” proqramının başlıca tezislərini açıqlayıblar. Orada bizim üçün də maraqlı olanları vardır.

Onu deyək ki, Rusiya ekspertləri Baydenin hakimiyyətə gəlişinə aktiv reaksya verirlər. Artıq ilk ciddi müzakirələr və çıxarılan nəticələr yayılıb.

Strateji tədqiqatlar və Proqnozlaşdırma Departamentinin müdiri Yekaterina Sokolova:

“Amerikada siyasi böhran andiçmədən sonra da davam edir...ABŞ “azadlıq və demokratiyanın mərkəzi” olmağa mənəvi-əxlaqi haqqını itirib”.

Demokratiya Problemlərinin tədqiqi Qeyri-kommersiya Fondunun direktoru Maksim Qriqoryev:

“İndiki böhran ABŞ-ın liberal dəyərlərinin ayrılmaz hissəsidir...ABŞ getdikcə daha aqressiv dövlət olur”.

Ekspert Nikia Kurkin: “Bayden rejimi sabitliyin nümunəsi olmayacaq”.

Ekspertlər bütün bunları ümumiləşdirərək C.Baydenin Rusiyaya qarşı sərt, bir sıra məqamlarda barışmaz, lakin “böhranlı vəziyyət yarada biləcək” səviyyədə olmayacağını proqnozlaşdırırlar.

Bəs Baydenin “yüz günlük” proqramının özündə nələr var?

Müxtəlif ölkələrin KİV-də ekspertlər həmin proqramın başlıca məqamlarını göstərir və şərh edirlər. 

İlk olaraq Baydenin pandemiya və iqtisadiyyata diqqət yetirəcəyi bildirilir. Bunun üçün Ağ Ev 1,4 trilyon ABŞ dolları həcmində məsrəf nəzərdə tutub.

Amerika iqlimlə bağlı Paris müqaviləsinə qayıdır və Meksika ilə sərhəddə divar tikintisini dayandırır. Bunu Vaşinqtonun “dünya liderliyinə qayıdışı” kimi qiymətləndirirlər.

ABŞ cəmiyyətində irqçiliyə son qoymaq. Bunun üçün Bayden 100 gündə polis təşkilatında ciddi islahatlar aparmaq niyyətindədir.

Nəhayət, Bayden 100 gün işində xarici siyasətdə “bərpa işləri” aparmağı düşünür. Bunun konkret detalları hələ tam izah edilməyib. Lakin bir sıra məqamlar haqqında ekspertlər və KİV informasiyalar verirlər.

Məsələn, “Washington Post”un xəbərinə görə, Bayden deyib ki, “Rusiya ilə yumşalma istisnadır. Rusiya ağılsız və absurd addımlarına görə cəzalandırılmalıdır”.

Həmin mənbə onu da ifadə edir ki, Pentaqona qara dərili general Lloyd Ostinin rəhbər təyin edilməsi bu proqnoza əsas yaradır.

Belə ki, bu general Yaxın Şərqdə ABŞ-PKK münasibətlərinin inkişafında rol oynayıb və eyni zamanda, hesab edir ki, Amerikanın iki böyük düşməni var: Çin və Rusiya!

Bayden Avropa ilə əlaqələri gücləndirməyi nəzərdə tutur. O, Transatlantika İttifaqını dirçəltmək arzusundadır. 

Baydenin İsrailin ərəb ölkələrinə istiqamətlənmiş siyasətinə dəstək verməkdə davam edəcəyi bildirilir. Bu, Vaşinqtonun Yaxın Şərqə dönüşünün, ümumiyyətlə, demokratiya, insan haqları kimi universal dəyərlərə deyil, konkret geosiyasi məqsədlərə xidmət etdiyinin göstəricisi kimi qiymətləndirilir.

Bunun fonunda Bayden iqtidarının Türkiyə siyasəti maraq doğurur. Türkiyəli ekspertlər hələ bu məsələdə detalların aydın olmadığını deyirlər, lakin eyni zamanda iki məqama diqqət yönəldirlər.

Onlardan biri Ankaranın kəskin olaraq qarşı çıxdığı Brett Mak Creqorun Baydenin xarici siyasət komandasına daxil edilməsidir.

İkincisi isə xarici işlər naziri postuna namizəd olan Blinkenin açıqca “Türkiyəni cəzalandırmaq lazımdır” deməsidir. O, bunu “sözdə müttəfiq Türkiyənin” S-400-ləri alması ilə izah edir. Ancaq Türkiyənin öz hava sahəsini necə qorumalıdır məsələsində lal olur.

Bunlar Baydenin “yüz gün” proqramı haqqında müəyyən nəticə çıxarmağa əsas verir.

Ekspertlər hesab edirlər ki, ABŞ üçün asan olmayacaq situasiya formalaşır.

Baydenin “sükanı kəskin” dəyişmək siyasətinin yalnız bütövlükdə dünya üçün deyil, həm də Amerika üçün ziddiyyətlər və risklər əmələ gətirə biləcəyi qənaəti var.

Səbəb? Məsələ ondan ibarətdir ki, Trampa qədər Amerika məhz həmin yolda idi. Nəticəsi ortada. İndi hansı ümidlə proqnoz etmək olar ki, “Amerikanın bu dəfəki dünya ağalığı faydalı, səmərəli və humanist olacaq?” 

Nə dəyişib ki, Amerika siyasətçilərinin qafasında?

Məsələn, “907”-ci düzəliş məsələsində... 

Füzuli Qurbanov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bitkoinin qiyməti 80 min dolları keçdi

Bitkoinin qiyməti 80 min dolları keçdi

11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq – TARİX

Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq – TARİX

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTO

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTO

Sərçə sayəsində milyonçu oldu

Sərçə sayəsində milyonçu oldu

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

End of content

No more pages to load

RADİO