İnflyasiyanın MƏQBUL HƏDDİ – “Azərbaycan üçün 2-6% normaldır”

İnflyasiya mal və xidmətlərin satın aldığımız qiymətinin davamlı olaraq artım göstərməsidir. Doğrudur, cəmiyyətdə mütləq əksəriyyət bunu yalnız mənfi proses kimi qəbul edir. Əslində isə inflyasiyanın müsbət tərəfləri də mövcuddur.

Belə ki, illik inflyasiya həddi 10%-ə qədər olduqda bu sürünən inflyasiya hesab olunur. Bunun isə ölkə iqtisadiyyatının ümumi mənzərəsindən asılı olaraq iqtisadi inkişaf, ixracın stimullaşdırılması kimi müsbət tərəfləri ola bilər.

Bu səbəbdən dolayı, bir sıra dövlətlər hətta inflyasiya həddini artırmaq üçün güclərini səfərbər edirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov qeyd edib ki, inflyasiyanın həddi ölkənin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda inflyasiya 13% artıb


“İnkişaf etmiş ölkələrin (İEÖ) iqtisadiyyatları müəyyən dərəcədə doymuş, inkişaf sürəti nisbətən aşağı olar. Adətən illik böyümə bu tip ölkələrdə 1-2% ətrafında olur. Bu ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Yaponiya və s. üçün xarakterikdir. İnkişaf etməkdə olan ölkələrdə (İEOÖ), məsələn Hindistan, Türkiyədə illik böyümə faizləri 7-10%-dir. Məsələn, Çin 30 il ərzində 10%-dən yüksək illik böyümə göstərirdi. Əvəzində Yaponiyanın illik inkişafı son 10 ildə 1% ətrafında olub.

İEÖ-də maksimum inflyasiya 2% ətrafında ola bilər. Əgər bu hədd 5-7% olarsa, bu artıq iqtisadiyyatın mənfi göstəricisi deməkdir. Çünki iqtisadiyyatın böyüməsi ümumdaxili məhsulun (ÜDM) nominal artımından illik inflyasiya dərəcəsini çıxmaqla hesablanır. İEÖ-lərdə nominal böyümə 3-4% həcmindədir və real inflyasiya göstəricisini çıxdıqda, iqtisadiyyatın böyüməsi 1-2% həddində olur”.

Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə inflyasiya nominal böyümə həddini aşdıqda artıq texniki resessiya (kiçilmə) baş verir:

“İEOÖ-də, məsələn Hindistanda iqtisadi böyümə 10% ətrafında olduğu üçün, illik 1-2% inflyasiya onlara sərf etməz. Çünki o zaman böyümə zəifləyir. Əksinə inflyasiyanın 5-6% həcmində olması onların iqtisadi inkişafına imkanlar yaradır. Ona görə ki, bu cür ölkələrin inkişaf etmək üçün potensialı var.

Məsələn, Azərbaycanda 2-6% inflyasiya normal göstərici hesab olunur. Türkiyə üçün isə 9-10% ətrafında inflyasiya fantastik göstərici olardı. Amma bu hədd ABŞ, Yaponiya üçün katastrofik göstəricidir. Yaponiya nümunəsinə baxdıqda isə görərik ki, ölkə uzun illər 0% inflyasiyadan əziyyət çəkib və orada əksinə deflyasiya (qiymətlərin düşməsi) baş verirdi”.

Elman Sadıqov qeyd edib ki, dünya ölkələrinin hər birinin spesifik cəhətləri olduğu üçün ümumi müddəaların bütün ölkələrə aid edilməsi yanlış yanaşmadır:

“Məsələn, bu gün avronun ucuzlaşması Avropa İttifaqını, yenin düşməsi isə Yaponiyanı o qədər də narahat etmir. Çünki ixrac idxaldan daha çoxdur, məhsulun daha ucuz olması isə rəqabətə davamlılığı artırır və nəticədə ucuzlaşma ixracı daha da stimullaşdırır.
Çin də uzun illərdir valyutasını daha da ucuzlaşdırmağa çalışır. Bizim kimi ölkələrdə isə pulun ucuzlaşması ciddi problemlər yaşadır.

Ona görə də, hər bir ölkənin ixrac strukturu, tədiyyə balansı, iqtisadi inkişaf tempi, iqtsadiyyatın doymuş olması məsələsi, böyümə imkanları kimi məqamlar onun hədəflərini müəyyənləşdirir. Bir sözlə, bir ölkə üçün “yuxu” sayılan inflyasiya göstəricisi, digəri üçün dağıdıcı ola bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə MARAQLANIR

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə MARAQLANIR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

End of content

No more pages to load

RADİO