Son aylar allergik xəstəliklərin sayı niyə artıb? – Mütəxəssisdən MƏSLƏHƏT

İnsan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Belə xəstəliklərdən əziyyət çəkən şəxslər üçün mövsüm dəyişiklikləri böyük kabusdur.

Ekspertlərin fikrincə, mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar daha ön plana çıxır.

Bəs hazırda allergiya hallarının daha çox artmasına nələr səbəb olur? Bundan əziyyət çəkənlər nə etməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Bioloqdan XƏBƏRDARLIQ: Şəhərimizi bəzəyən BU ÇİÇƏKLƏR  uşaqlarınızı öldürə bilər!


Allerqoloq Aytəkin Həsənzadə Bizim.Media-ya açıqlamasında son dövürlər ağır allergiya hallarında artım olduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb havanın normadan artıq çirklənməsidir:

“Xəstənin həyat keyfiyyətinə təsir göstərirsə, yuxu rejimini pozursa və bu onun gündəlik iş həyatına da mənfi mənada yansıyırsa, bu ağırlaşmış allergiya hesab olunur. Mövsüm allergiyaları zamanı bitki tozcuqlarına qarşı güclü həssasiyyət, yüksək temperatur, gözlərin qızarması, yaşarması, burun axması və öskürək kimi əlamətlə müşahidə olunur.

Əgər xəstənin toza və tozcuqlara qarşı allergiyası varsa, özünü qorumaq üçün maskalardan istifadə etməli və çölə çıxıb gəldikdən sonra düş almalıdırlar. Səhər 6-8 saat arası bitki çiçəyinin tozcuqlarının çoxalan vaxtıdır.

Çalışıb həmin saatlarda çölə çıxmasınlar, yox əgər məcburiyyət qarşısında qalırlarsa, getdikləri yerdə çöl geyimlərini dəyişsinlər. Həmçinin müvafiq burun damcılarından, okean-dəniz sularından istifadə edə bilərlər və eyni zamanda allerqoloqun müayinə və müalicəsi gərəklidir”.
Həkimin sözlərinə görə, mövsümü allergiya allergik faringit, allergik bronxit, boğazda olan qaşınma, tutmaşəkilli öskürək və hətta bronxial astma tutması ilə də nəticələnə bilər:

“Mövsümü allergiyası olanlar həmin fəsildə adi allergenlərdən - məsələn, yumurta, süd, şokolad, pomidor və s. məhsullardan uzaq olmalıdırlar. Həmin məhsullar allergen olduğuna görə mövsümü allergiyası olanların ondan istifadəsi allergik reaksiyaları kəskinləşdirə bilər. Allergiya xəstəsi olan evdə heyvan saxlanılırsa, onun da təmizliyinə diqqət yetirilməli və yataq otağına buraxılmamalıdır”, - deyə A.Həsənzadə qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqibini dişlədi, 12 oyunluq CƏZALANDI

Rəqibini dişlədi, 12 oyunluq CƏZALANDI

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı TƏSDİQLƏNDİ

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı TƏSDİQLƏNDİ

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Mingəçevirdə avtomobilin vurduğu ana və 2 övladının SON DURUMU

Mingəçevirdə avtomobilin vurduğu ana və 2 övladının SON DURUMU

Kürdəmirdə qəzada həlak olan şəxs hərbçi imiş – FOTO

Kürdəmirdə qəzada həlak olan şəxs hərbçi imiş – FOTO

Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Bakı və rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Bakı və rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Ətir seçərkən digər şəxsləri də NƏZƏRƏ ALIN – Əks halda...

Ətir seçərkən digər şəxsləri də NƏZƏRƏ ALIN – Əks halda...

Hüseyn qızlarına verdiyi mülkləri açıqladı

Hüseyn qızlarına verdiyi mülkləri açıqladı

İsrail ordusu Qəzza şəhərinin sakinlərini evlərindən çıxarır – ŞOK DETALLAR

İsrail ordusu Qəzza şəhərinin sakinlərini evlərindən çıxarır – ŞOK DETALLAR

Qocalmanı yavaşlatmaq üçün ən yaxşı pəhriz

Qocalmanı yavaşlatmaq üçün ən yaxşı pəhriz

Sadiq Xan Trampı tənqid etdi

Sadiq Xan Trampı tənqid etdi

Naxçıvan sakinləri Türkiyədə qəzaya düşdü – VİDEO

Naxçıvan sakinləri Türkiyədə qəzaya düşdü – VİDEO

Bakıda yenidənqurma işlərinə BAŞLANILIR – Hansı dəyişikliklər OLACAQ?

Bakıda yenidənqurma işlərinə BAŞLANILIR – Hansı dəyişikliklər OLACAQ?

Qarabağ Universitetinin tələbələrinə ŞAD XƏBƏR – FOTO

Qarabağ Universitetinin tələbələrinə ŞAD XƏBƏR – FOTO

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

Bakıda 84 yaşlı qadını öldürən avtobus sürücüsünə HÖKM OXUNDU

Bakıda 84 yaşlı qadını öldürən avtobus sürücüsünə HÖKM OXUNDU

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO

Bakıda leysanlarla bağlı yeni kollektorlar salınır

Bakıda leysanlarla bağlı yeni kollektorlar salınır

Tramp Vindzorda Kral Çarlzla görüşdü - VİDEO

Tramp Vindzorda Kral Çarlzla görüşdü - VİDEO

Nazir məzunların uğursuz nəticələrinə görə hansı universitetləri HƏDƏF ALDI?

Nazir məzunların uğursuz nəticələrinə görə hansı universitetləri HƏDƏF ALDI?

Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından MƏHRUM EDİLDİ

Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından MƏHRUM EDİLDİ

Bakı-Qəbələ-Bakı qatarlarının qrafiki DƏYİŞDİRİLİR – FOTO

Bakı-Qəbələ-Bakı qatarlarının qrafiki DƏYİŞDİRİLİR – FOTO

“Qarabağ” “Barselona”nın uğurunu TƏKRARLADI

“Qarabağ” “Barselona”nın uğurunu TƏKRARLADI

End of content

No more pages to load

RADİO