Sabahdan başlayaraq 3 gün ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Kart Mərkəzində (BKM) sınaq işləri aparılacaq.
Bu barədə Bizim.Media-ya Mərkəzi Bankdan məlumat verilib.
Bildirilir ki, AMB ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış BKM-in etibarlı fəaliyyətini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı modernizasiya tədbirləri həyata keçirir.
Bu tədbirlər çərçivəsində BKM-in müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədi ilə sentyabrın 7-9-da, saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.
Bizim.Media