Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr sentyabrın 7-8-də onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
Həmçinin bildirilib ki, namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə edilir.
Bizim.Media