Moskvada Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş baş tutub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ararat Mirzoyan və Sergey Lavrov rəSmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin parametrlərinin işlənməsi kontekstində gələcək addımları müzakirə ediblər.
Həmçinin, XİN rəhbərləri Rusiya Prezidenti Vladimir Putinin Ermənistana planlaşdırılan dövlət səfərinin və KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçiriləcək iclasının təşkilinin gedişindən də danışıblar.
Bizim.Media