“1992-ci ilin yanvarında Şuşada konsert proqramı ilə çıxış etdim. Və heç zaman düşünməzdim ki, mən bu konsertdən sonra Şuşaya 30 il həsrət qalacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova sosial şəbəkə hesabında yazıb.
Şuşaya yollanan sənətkar, orada lentə alınan fotolarını paylaşaraq, haqqında film çəkildiyini açıqlayıb.
“Lakin yuxuma belə gəlməzdi ki, 30 il sonra haqqımda film çəkiləcək və onun ilk görüntüləri Şuşadan başlayacaq. Bu günümüzə şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun”.
Rəşad Əliyev, Bizim.Media