Sentyabrın 8-9-da Bakıda Azərbaycan, İran və Rusiya nümayəndələrinin regional nəqliyyat dəhlizləri üzrə görüşü keçiriləcək.
Bizim.Media İranın “Tasnim” xəbər portalına istinadən xəbər verir ki, Şimal-Cənub nəqliyyat dəhlizi və Rəşt-Astara dəmir yolu xətti ilə bağlı məsələlər müzakirə olunacaq.
İclasda üç ölkənin baş nazir müavinləri ilə yanaşı, İranın nəqliyyat nazirinin də iştirakı gözlənilir.
Bizim.Media