Rəsmi Bakı bütün iriçaplı silahların Azərbaycanın Qarabağ bölgəsi ərazisindən çıxarılmasını ermənilər qarşısında şərt kimi qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Teleqram kanalları yayıb.
Mənbə yazır ki, Rusiya sülhməramlıları da bunda israrlıdır.
Qeyd olunur ki, separatçılar “müqavimət göstərməyəcəklərinə”, iriçaplı silahların çıxarılmasına söz veriblər.
Xatırladaq ki, rəsmi İrəvan hələ iyul ayında sentyabrın sonunadək Qarabağdan erməni separatçılarının silahları ilə birgə çıxarılacağını bəyan edib.
Bizim.Media